Azərbaycan Basketbol Liqasında 19-cu turun daha bir oyunu keçirilib.

Rekord.az xəbər verir ki, "Sərhədçi" İdman Mərkəzində baş tutan matçda NTD və "Sabah" komandaları üz-üzə gəliblər.

Xalaxal prinsipi ilə davam edən görüşün yekununda ikincilər 82:72 hesablı qələbə qazanıblar.

Ən məhsuldar basketbolçular NTD-dən Zak Hadson (18 xal, 4 ribaund), "Sabah"dan isə Entoni Patti (18 xal, 14 ribaund) olublar.

Xatırladaq ki, daha öncə “Sərhədçi” və “AAAF Xırdalan” komandalarının oyununda Xırdalan təmsilçisi 73:66 hesabıyla qalib gəlib. 19-cu turun “Gəncə" - "Neftçi” İK və "Olimpik Şəki" - "Zirvə Astara" oyunları müvafiq olaraq fevralın 25-i və 26-da keçiriləcək.