Ukraynanın “Kolos” komandasının yeni baş məşqçisi müəyyənləşib.

Rekord.az xəbər verir ki, Premyer Liqa təmsilçisi Yaroslav Vişnyakla anlaşıb.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Lakin tərəflər arasındakı müqavilənin müddəti və digər detalları açıqlanmayıb.

“Kolos”da Azərbaycan millisinin hücumçusu Anatoli Nuriyev də forma geyinir. Sözügedən komanda cari mövsümə Ruslan Kostışinin rəhbərliyi altında başlamışdı. Lakin uğursuz nəticələrə görə o, avqustun sonunda istefaya göndərilmişdi. Kovalyovka klubunu həmin dövrdən etibarən Sergey Kuznetsov çalışdırırdı.

“Kolos” hazırda Ukrayna Premyer Liqasında 18 xalla 16 kollektiv arasında 10-cu pillədə qərarlaşıb.
 
Xatırladaq ki, Nuriyev “Kolos”a bu yay “Minay”dan keçib.