![photo](https://www.rekord.az/storage/uploads/5/anatoli-nuriyev-1.jpg)
Nuriyevlə Əhmədzadənin komandası evdə məğlub oldu
- 14 Mar 2021 11:30
- 589
Futbol üzrə Ukrayna Premyer Liqasında 18-ci turun oyunları keçirilib.
Rekord.az xəbər verir ki, azərbaycanlı hücumçular – Anatoli Nuriyevlə Rüstəm Əhmədzadənin formasını geyindyi “Minay” da növbəti matçına çıxıb.
Sözügedən komanda doğma meydanda “İnqulets”lə qarşılaşıb. “Minay” bu oyundan məğlubiyyətlə ayrılıb - 0:1.
Azərbaycanlı futbolçular da bu görüşün iştirakçısı olublar. Anatoli start heyətində meydana çıxıb və sonadək mübarizə aparıb. Rüstəm isə 68-ci dəqiqədə mübarizəyə qoşulub.
“Minay” 18 turdan sonra 13 xalla 14 kollektiv arasında 13-cü pillədə qərarlaşıb. Sözügedən komandanın ehtiyatda da bir oyunu var.