Nurlan Nepaldan qayıda bilmir: "Yollar açılmasa, prezident şəxsi təyyarəsi ilə məni Bakıya göndərəcək"
- 16 May 2021 13:02
- 674
Dünən azərbaycanlı futbolçu Nurlan Novruzov Nepal karyerasını başa vurduğunu açıqladı. Amma Novruzov hələ də ölkəmizə gələ bilmir.
Rekord.az xəbər verir ki, bu haqda sportinfo.az-a açıqlamasında futbolçunun özü məlumat verib: "Pandemiyaya görə hər yer bağlıdır. Ayın 24-nə Azərbaycana uçuş biletimdi. Hələ necə olacaq bilmirəm. Menecerim çalışır ki, klub tapsın elə birbaşa həmin ölkəyə gedim. Heç Azərbaycana qayıtmağa ehtiyac olmasın".
Novruzov hazırda harda qalması barədə isə bunları deyib: "Hər şey əladır. Klub prezidenti məni başqa otelə gətirdi. Burada hər şey daha yaxşıdır. Yollar bağlıdır. 15 günə yollar açılmasa, prezident öz şəxsi təyyarəsi ilə Bakıya göndərəcək".
28 yaşlı futbolçu Nepal üçün darıxacağını bildirib: "Nə deyim, necə təşəkkür edim bilmirəm. Nepal insanları məni sevirdi. Hər şey üçün çox sağ olsunlar. Nepal üçün dəqiq darıxacam".
Xatırladaq ki, Nurlan ötən ay Nepalın "Lalitpur Siti" klubu ilə 1 aylıq müqavilə bağlamışdı. Futbolçumuz Nepal Superliqasında meydana çıxdığı 6 oyuna 2 qol vurmağı bacarıb.