Azərbaycan Premyer Liqasının 2014-2015 mövsümünün bombardiri olmuş Nurlan Novruzov yenidən legioner həyatı yaşaya bilər.

Rekord.az xəbər verir ki, 28 yaşlı hücumçu bu dəfə İndoneziya çempionatına üz tutmağın astanasındadır. Belə ki, o, hazırda bu ölkənin təmsilçisi ilə danışıqlar aparır.

Bir neçə ölkədə legioner həyatı yaşamış Nurlan Novruzovun sonuncu klubu Nepalın "Lalitpur Siti" klubu olub. O, mayın 14-u Nepal təmsiliçisindən ayrılandan sonra hələ də klubsuzdur. (sportinfo.az)