Bavariya"nın müdafiəçisi Lukas Ernandes bu yay "Nyukasl Yunayted"ə keçə bilər.

Rekord.az xəbər verir ki, Səuddiyə Ərəbistanı vəliəhdi, şahzadə Məhəmməd Bin Salmanın "Nyukasl"ı alacağı təqdirdə, bu keçid reallaşa bilər.

Ernandes ötən yay 80 milyon avro qarşılığında "Atletiko"dan "Bavariya"ya transfer edilmişdi. O, "Liverpul"un ulduzu Vircil van Daykdən sonra futbol tarixinin ikinci ən bahalı müdafiəçisi hesab olunur.

Fransız futbolçu cari mövsümdə "Bavariya"nın heyətində 14 oyunda meydana çıxıb.