“Nyukasl” braziliyalı ilə müqavilə yenilədi
- 07 Okt 2023 23:00
- 278
“Nyukasl”ın yarımmüdafiəçisi Bruno Gimarayeş klubu ilə müqaviləsini uzadıb.
Rekord.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 25 yaşlı futbolçunun yeni müqaviləsi 2028-ci ilə qədər nəzərdə tutulub.
Gimarayeş 2022-ci ilin yanvarından “sağsağanlar”da çıxış edir. O, bu mövsüm bütün turnirlərdə 10 oyun keçirib, 1 qol vurub və 2 məhsuldar ötürmə edib.