"Nyukasl" indin də "Mançester Siti"nin yarımmüdafiəçisi Kalvin Fillipsə göz dikib.

Rekord.az xəbər verir ki, bu haqda goal.com məlumat yayıb.

Məlumata görə, "sağanlar" hətta bu keçid üçün 43 milyon funt-sterlinq ödəməyə də hazırdı.

Qeyd edək ki, son zamanlar yetəri qədər oynamaq şansı qazanmadığı və oyun praktikasını itirdiyi üçün Fillips özü də "Mançester Siti"dən getməkdə maraqlıdır.