“Qarabağ”ın qapıçısı Andrey Lunyov Rusiya mətbuatına açıqlama verib.

Rekord.az xəbər verir ki, rusiyalı qolkiper “sport 24”-ə açıqlamasında vaxtilə İngiltərənin “Nyukasl” klubuna keçməməsinin səbəbini açıqlayıb:

“Nyukasl”ın heyətində dördüncü qapıçı olmaqdansa, “Qarabağ”da oynamaq daha yaxşıdır. Azərbaycanda və avrokuboklarda oynayırsansa, təbii ki, “Qarabağ”da əsas qapıçı kimi çıxış etmək daha yaxşıdır. Demək olar ki, 33 yaşım var, buna görə də, hələ də futbol oynamaq istəyirəm. Bəlkə, 36 yaşında İngiltərədə çıxış etmək olar. Onda ehtiyat oyunçular arasında oturub matça baxa bilərsən”.

Lunyov daha əvvəl Almaniya “Bayer”ində çıxış edərkən İngiltərə klubunun onunla maraqlandığını bildirmişdi.

Lunyov “Qarabağ”ın heyətində Azərbaycan Premyer Liqasının 2023/2024 mövsümünün qalibi olub. 32 yaşlı qolkiper cari mövsümdə keçirdiyi 26 oyunda 35 qol buraxıb və 8 matçda qapısını toxunulmaz saxlayıb.