"Yuventus" "Nyukasl"dan Lloyd Kellini icarəyə götürüb.


Rekord.az xəbər verir ki, bu barədə Turin təmsilçisinin mətbuat xidməti məlumat yayıb.


26 yaşlı müdafiəçi ilə icarə müqaviləsi cari mövsümün sonuna qədər nəzərdə tutulub. "Yuventus" futbolçunu məcburi satınalma şərti ilə icarəyə götürüb.


Kelli cari mövsümdə "Nyukasl"ın heyətində meydana çıxdığı 14 oyunda 1 məhsuldar ötürmə müəllifi olub.