İngiltərənin "Nyukasl” klubunun hücumçusu Aleksander İsak komandanın keçmiş oyunçuları Endi Koul və Alan Şirerin rekordunu təkrarlayıb.


Rekord.az xəbər verir ki, isveçli futbolçu bunu İngiltərə Premyer Liqasının 16-cı turunda "Lester”ə qarşı matçda (4:0) qol vurmaqla və məhsuldar ötürmə etməklə reallaşdırıb.


İsak bir təqvim ili ərzində İngiltərə Premyer Liqasında “Nyukasl”ın tarixində 20 qol vuran üçüncü oyunçu olub. Koul bu göstəriciyə 1994-cü, Şirer isə 1999 və 2002-ci illərdə nail olmuşdu.


25 yaşlı oyunçu cari mövsümdə bütün turnirlərdə meydana çıxdığı 16 matçda səkkiz qol və dörd məhsuldar ötürmə ilə diqqət çəkib.