Soares Harramiz qış transfer dönəmində "Neftçi"dən ayrıla bilər.

Rekord.az-a daxil olan məlumata görə, buna səbəb futbolçunun  ona bəslənən ümidləri doğurulda bilməməsidir.

Düzdür, baş məşqçi Samir Abasov qış fasiləsinə qədər bu futbolçuya şans verəcək. Amma ümumilikdə onun oyunundan narazıdır. Bir məsələ də var ki, Harramizin "Neftçi" ilə 2023-cü ilə qədər müqaviləsi var. Yənu bu tezliklə onu göndərmək də kluba xeyir gətirməyəcək. Göndərsən, gərək təzminatını verəsən. Ona görə də "ağ qaralar" əcnəbi futbolçunu icarəyə verə bilər. Hər halda, bütün bu suallara qışda aydınlıq gələcək.