Bu ilin martında “Trabzonspor”dan ayrılan Con Obi Mikelin yeni klubu müəyyənləşib.

Rekord.az xəbər verir ki, nigeriyalı yarımmüdafiəçi karyerasını İngiltərə Çempionşipində mübarizə aparan "Stok Siti"də davam etdirəcək.

Bu barədə sözügedən klubun rəsmi saytı məlumat yayıb. 33 yaşlı oyunçu ilə imzalanan müqavilənin detalları açıqlanmayıb.

Qeyd edək ki, Obi Mikel ötən ilin iyulundan bu ilin martına kimi Trabzon təmsilçisində oynayıb. Nigeriya millisində 91 oyuna çıxan futbolçu “Lin” (Norveç), “Çelsi”, “Midlsbro” (İngiltərə), “Tianjin TEDA” (Çin) kimi klublarda da forma geyinib.