Obradoviç AFFA-ya qarşı çıxdı
- 27 Avq 2020 12:00
- 994
Azərbaycanın U-21 millisinin baş məşqçisi Milan Obradoviç AFFA rəhbərliyinə etiraz edib.
Rekord.az-ın məlumatına görə, serbiyalı mütəxəssis U-21-dən bir neçə futbolçunun əsas yığmaya dəvət almağından narazı qalıb. Obradoviç "Mən Fransa ilə oyuna kimi çıxaracağam?", - deyərək federasiya rəsmilərinə etraz edib.
O, Ömər Buludov, Amin Seydiyev, İsmayıl İbrahimli, Renat Dadaşov və Ozan Can Kökcünün U-21-ə lazım olduğunu bildirib.
Federasiyadan 42 yaşlı mütəxəssisə bildirilib ki, bu, komandanın baş məşqçisi Canni De Byazinin seçimidir. Fransa ilə oyun üçün Amin Seydiyev, İsmayıl İbrahimli və Ozan Can Kökcünün U-21-ə göndəriləcəyi ehtimalı var.
Renat Dadaşov U-21-in onun səvviyəsinə uyğun gəlmədiyini hələ ötən il AFFA rəhbərliyinə demişdi. O, Azərbaycana yalnız əsas milli üçün gələcəyini federasiyaya çatdırmışdı.
Azərbaycan - Fransa qarşılaşması sentyabrın 7-də Sumqayıtdakı "Kapital Bank Arena"da keçiriləcək. (sportal.az)