Xəbər verdiyimiz kimi, Mİlan Obradoviç U-21 millimizin baş məşqçisi postundan gedib.

Rekord.az xəbər verir ki, AFFA serbiyalı məşqçiyə yeni müqavilə təklif etsə də, tərəflər razılığa gələ bilməyib.

Buna səbəb məşqçinin federasiyanın yeni təklifini qəbul etməməsidir. Belə ki, AFFA Obradoviçə maaşının azaldılması müqabilində yeni, 2 illik müqavilə təklif edib. Lakin serbiyalı bu təklifi qəbul etməyib və bununla da yollar ayrılıb.