Obradoviç maaşının azaldılmasına razılıq vermədi ÖZƏL!
- 06 May 2020 13:00
- 993
Pandemiya dövrünə və futbolsuzluğa baxmayaraq Azərbaycan U-21 millisinin baş məşqçisi Milan Obradoviç əvvəlki maaşını almaqda davam edəcək.
Rekord.az-a daxil olan məlumata görə, AFFA serbiyalıya maaşının bir qədər azaldılmasını təklif edib.
Lakin Obradoviç bu təklifi qəbul etməyib və faktiki fəaliyyətsiz ola-ola ayda 20 minlik maaşını almaqda davam edəcək.