U-21 millisinin baş məşqçisi Milan Obradoviçin AFFA ilə müqaviləsi iyunun 15-də başa çatır.

Rekord.az xəbər verir ki, onunla yeni müqavilə imzalanıb-imzalanmayacağı hələlik bilinmir.

Hər şey millinin iyunda keçirəcəyi 3 oyundan asılı olacaq. Belə ki, U-21 Avropa çempionatının seçmə mərhələsi çərçivəsində iyunun 3-də “Estoniya, 7-də Finlandiya, 14-də isə Norveçlə üz-üzə gələcək. Hər üç oyun səfərdə olacaq. Bu oyunlardakı nəticələr uğursuz olacağı təqdirdə serbiyalı ilə yollar ayrılacaq.