Obradoviçlə bağlı qərar gələn həftə veriləcək
- 08 Dek 2020 17:00
- 584
U-21 millisi ilə müqaviləsi başa çatan Milan Obradoviçin AFFA ilə əməkdaşlığa davam edib-etməyəcəyi hələlik bilinmir.
Rekord.az xəbər verir ki, serbiyalı özü Azərbaycanda çalışmaq istəyir.
Lakin federasiya məsələ ilə bağlı qəti qərarını verməyib. Gələn həftənin ilk günü Obradoviçlə AFFA-da görüş nəzərdə tutulub. Serbiyalının Elxan Məmmədova hesabat verəcəyi nəzərdə tutulub. Yalnız bundan sonra onunla bağlı qərar veriləcək.