U-21 millimizi qrupdakı son matçında da məğlub oldu. Milan Obradoviçin komandası səfərdə İsveçrəyə 1:2 hesabı ilə məğlub oldu.

Rekord.az xəbər verir ki, serbiyalının AFFA ilə müqaviləsi ilin sonunda başa çatır.

Öncə də məlumat vermişdik ki, məğlub olacağı halda Obradoviçin postunda qalmaq şansı az olacaq. Əldə etdiyimiz məlumata görə, sözügedən məşqçi ilə bağlı qərar dekabr ayının ilk həftəsinə kimi veriləcək.