“Ofsayd qərarı mənə bir az müəmmalı qaldı” - Ayxan Abbasov
- 19 Dek 2024 17:40
- 84
“Şamaxı” bu gün Azərbaycan Premyer Liqasının 3-cü turundan təxirə salınmış oyunda evdə “Qarabağ”ı qəbul edib.
Rekord.az xəbər verir ki, 0:1 heabı ilə məğlub olan bölgə təmsilçisinin baş məşqçisi Ayxan Abbasovun oyundan sonra mətbuat konfransı keçirilib. Abbasov yenə də üzücü məğlubiyyət olduğunu deyib:
“Yenə də üzücü məğlubiyyət oldu. Son dəqiqələrdə “Turan Tovuz”la oyunda da qol buraxdıq, həmçinin bu oyunda da. Futbolçularım xarakter göstərdi.
Təəssüf, təəssüf, ofsayd qərarı mənə bir az müəmmalı qaldı. Xətt çəkilib. Amma mənə görə, o epizodda oyundankənar vəziyyət yox idi. Davam etmək lazımdır. Çətin situasiyadayıq, üç gündən bir oyun keçiririk. Heyətimiz geniş deyil.
Leroy Mikelsin bizimlə müqaviləsi var, çoxdan onu izləyirdim. Əvvəlki komandada olanda da onunla maraqlanırdım. Əlbəttə, başqa klublardan təklif olarsa, dəyərləndirə bilərik.
Qış fasiləsi yaxınlaşır. Bütün komandalar artıq yorğundur, istirahətə ehtiyacları var. Ümumən, mən oyunçularıma inanıram”.