"Yuventus"un futbolçusu Kriştiano Ronaldonun oğlu atasının İtaliya kubokunun yarımfinalında "İnter"ə vurduğu qollara emosional şəkildə reaksiya verib.

Rekord.az xəbər verir ki, kiçik Ronaldo atası 2-ci qolu vuran zaman sevincindən özünü yerə atıb.

Videonu portuqaliyalı hücumçunun sevgilisi Corcina Rodriges İnstaqram hesabından paylaşıb.

Ronaldo "Yuventus"un 2:1 hesabı ilə qalib gəldiyi matçda dubla imza atıb.