Oğurluq edib, qumar oynayan milli üzvü klubdan qovuldu
- 30 May 2020 13:41
- 667
Norveçin “Molde” klubu futbolçusu Veqard Forrenlə yollarını ayırıb.
Rekord.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Buna Forrenin klubun kassasından pul oğurlaması və qumar oynaması səbəb olub. O, “Molde”nin kassasından təxminən 9255 avro pul oğurlayıb.
Müdafiəçi, 15 ildir ki, qumar asılılığından əziyyət çəkdiyini etiraf edib.
Forren 2017-ci ildən “Molde”də çıxış edirdi. O, Norveç milli komandasında da 33 oyun keçirib.