Oğuz Olimpiya İdman Kompleksində "Zəfər günü"nə həsr olunmuş 2010-2012-ci il təvəllüdlü oğlanlar arasında futbol turniri keçirilib.

Rekord.az xəbər verir ki, iki gün davam edən turnirdə müvafiq olaraq

I yeri H.Babayev adına məktəbin, II yeri N.İbrahimli adına məktəb-liseyin, III yeri Kərimli və Bayan kənd tam orta məktəbin komandaları tutmuşdur. Qaliblər təşkilatçılar tərəfindən hədiyyə, kubok və diplomlarla təltif olunub.