Okan Buruk “Qalatasaray”ın oyununa azərbaycanlı hakim təyin edilməsini istədi
- 22 Avq 2024 14:45
- 138
UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyununda İsveçrə təmsilçisi "Yanq Boyz"a 2:3 hesabı ilə məğlub olan Türkiyənin "Qalatasaray" klubunun baş məşqçisi Okan Buruk komandasının matçına azərbaycanlı hakim təyin edilməsini istəyib.
Rekord.az xəbər verir ki, mütəxəssis oyunsonrası mətbuat konfransında almaniyalı hakimin idarəçiliyindən narazılığını bildirib.
"İsveçrə komandasının oyununa Almaniyadan olan hakim təyin edirlər. Bura maşınla gəlib. Bizə də Azərbaycandan hakim təyin etsinlər ki, vəziyyəti bərabərləşdirək", - deyə O.Buruk vurğulayıb.
Baş məşqçi ikinci hissədə daha yaxşı oynadıqlarını söyləyib və "Qalatasaray"ın qapısına təyin olunan penalti qərarına reaksiya verib:
"Bu, bizə ümid verdi. Öz keyfiyyətimizi göstərsək, qalib gələcəyimizi düşünürəm. Futbolçuların hər iki əlinin bağlı vəziyyətdə tullanmasını istəyirlər. Tezliklə əllərini bağlayacağıq".
"Qalatasaray"la "Yanq Boyz" arasında cavab görüşü avqustun 27-də İstanbulda keçiriləcək.