"Sabah"ın məşqçisi Artur Olenin Azərbaycan Premyer Liqasının 11-ci turunda səfərdə "Neftçi"yə qarşı keçirdikləri oyundan sonra fikirlərini bölüşüb.

Rekord.az xəbər verir ki, o, 1:0 hesabıyla qalib gəldikləri matçdan sonra keçirilən mətbuat konfransında bunları söyləyib:

“Çox gərgin oyun oldu. İlk hissədə istədiyimiz kimi çıxış edə bilmədik. Amma ikinci yarıda üstünlüyü ələ aldıq və qol vurduq. Bu qələbə bizim üçün çox önəmlidir. Bizə daha da inam verəcək. Fasilədə futbolçulara dəstək verdik. Dedik ki, çox şeylər edə bilərsiz, meydana çıxın və oyunu həll edin.

Bir daha deyirəm, bu qələbə çox önəmli idi. Bunu "Sabah" azarkeşlərinə həsr edirəm. Çalışacağıq ki, hər oyunda qalib gələk. Bu qələbə bizim üçün bir təkan olacaq”.