"Sevincimin hədd-hüdudu yoxdur. Hələ paralimpiya çempionu olduğumu dərk etməmişəm".

Rekord.az xəbər verir ki, bunu Tokio-2020 Yay Paralimpiya Oyunlarında qızıl medal qazanan Azərbaycan para-cüdoçusu Dürsədəf Kərimova deyib.

70 kq-dan yuxarı çəki dərəcəsində yer alan qadın idmançı çox çətin və gərgin mübarizədən qalib ayrılmasından məmnunluq ifadə edib: "Bizə yalnız zəfər yaraşır".

Kərimova finalda qazaxıstanlı Zarina Baybatinanı ipponla məğlub edib.