Olimpiada üçün son hazırlıqlar başa çatmaq üzrədir - VİDEO
- 23 İyl 2021 23:12
- 677
Hər 3 güləş növü üzrə millilərimiz Tokio Olimpiadasına son hazırlıq prosesini davam etdirir.
Rekord.az xəbər verir ki, Olimpiya Güləş Mərkəzində gündə bir dəfə baş tutan məşqlərdə taktiki-texniki çalışmalar ön plandadır.
Məşqçilər korpusu güləşçilərimizin Yaponiyaya optimal formada yollanmaları üçün böyük səylə çalışır, çatışmazlıqlar üzərində gərgin iş gedir.
Bu gün sərbəst güləşçilərimiz Olimpiada ərəfəsində yoxlama görüşləri keçirib. Məqsəd yarış ab-havasına düşməkdən ibarət olub. Olimpiyaçılarımız yerli güləşçilərlə yanaşı, sparrinq kimi ölkə xaricindən dəvət olunan pəhləvanlarla da qüvvələrini sınayıblar. Qarşılaşmaları Hakimlər Kollegiyasının sədri Qərib Əliyevin rəhbərliyi altında beynəlxalq dərəcəli hakimlərimiz İntiqam Alıyev, Sədi Quliyev və Elman İsmayılov idarə edib.
Qeyd edək ki, komandalarımız Tokio-2020-nin qaydalarına uyğun olaraq, iyulun 25-26-da COVİD-19 testindən keçəcək. Nümayəndə heyətimiz iyulun 27-də saat 16:45-də Bakı-İstanbul-Tokio marşrutu üzrə Yaponiyaya yollanacaq.