Qadın voleybolçular arasında gələn keçiriləcək Olimpiya oyunlarının seçmə mərhələsinin püşkatması baş tutub. "Rekord.az" xəbər verir ki, bu gün keçirilən püşkatma mərasimində Çin, Yaponiya və Polşanın ev sahibliyi edəcəyi A, B və C qrupları üzrə yarışacaq yığma komandalar bəlli olub.

Püşkatmanın nəticəsinə görə, A qrupunda ev sahibi Çinlə yanaşı Serbiya, Dominikan Respublikası, Niderland, Kanada, Çexiya, Meksika, Ukrayna yer alıb. B qrupunda ev sahibi Yaponiya, Braziliya, Türkiyə, Puerto-Riko, Bolqarıstan, Belçika, Argentina və Peru kollektivləri mübarizə aparacaq. C qrupunda isə ev sahibi Polşa ilə yanaşı, İtaliya, ABŞ, Kolumbiya, Tayland, Almaniya, Cənubi Koreya və Sloveniya yer alıb.
Paris-2024-ün təsnifat mərhələsi 16-24 sentyabr tarixlərində keçiriləcək. Hər qrupda ilk iki yeri tutacaq komandalar gələn il Fransanın paytaxtında təşkil olunacaq ən böyük idman yarışına vəsiqə qazanacaqlar.

Paris-2024, təsnifat mərhələsinin qrupları:

A qrupu
   Çin, Serbiya, Dominikan Respublikası, Niderland, Kanada, Çexiya, Meksika, Ukrayna.

B qrupu
   Yaponiya, Braziliya, Türkiyə, Puerto-Riko, Bolqarıstan, Belçika, Argentina, Peru.

C qrupu
   Polşa, İtaliya, ABŞ, Kolumbiya, Tayland, Almaniya, Cənubi Koreya, Sloveniya.