![photo](https://www.rekord.az/storage/uploads/5/g-133.jpg)
“Olimpiakos” “Qəbələ”yə rəqib oldu
- 26 Okt 2023 00:41
- 312
UEFA Gənclər Liqasında "Puşkaş Akademiya" səddini aşan “Qəbələ”nin növbəti rəqibi "Olimpiakos" olub.
Rekord.az xəbər verir ki, Yunanıstan təmsilçisi ilk mərhələdə İtaliyanın “Leççe” kollektivini hər iki oyunda 3:1 hesabıyla məğlub edib.
Beləliklə, bu komanda ilə Çempionlar yolunun 2-ci mərhələsi çərçivəsində ilk oyun noyabrın 8-də Qəbələdə, cavab matçı noyabrın 29-da Yunanıstanda təşkil ediləcək.
Xatırladaq ki, Azərbaycan futbolu tarixində 2-ci dəfə komandamız mərhələ adlayıb. Hər iki uğura “Qəbələ” imza atıb.