"Olimpiakos"un baş məşqçisi: "Neftçi"ni yaxşı tanıyırıq
- 16 İyl 2021 12:00
- 654
"Oyunçularımın əzmkarlığından razıyam, amma qarşıda bizi çox iş gözləyir. Hədəfimiz növbəti həftəyədək daha güclü olmaqdır".
Rekord.az xəbər verir ki, bunu Yunanıstan "Olimpiakos"unun baş məşqçisi Pedro Martins "Neftçi" ilə keçirəcəkləri Çempionlar Liqasının II təsnifat mərhələsinin oyunları barədə danışarkən deyib.
Portuqaliyalı mütəxəssis hələ arzuolunan səviyyədə olmadıqlarını bildirib: "Hələ çox işləməli olduğumuzu bilirik. Hazırlaşmaq və istədiyimiz səviyyəyə çatmaq üçün bir həftə vaxtımız var".
51 yaşlı baş məşqçi "Neftçi"ni yaxşı tanıdıqlarını da vurğulayıb: "Rəqibi analiz etmişik. Maraqlı oyunçulara malik komandadır.
Mərhələnin oyunları asan olmayacaq. Çətinliklərlə üzləşəcəyik, amma mümkün qədər daha yaxşı hazırlaşacağıq".
"Neftçi" "Olimpiakos"la ilk oyununu iyulun 21-də səfərdə, cavab görüşünü iyulun 28-də evdə keçirəcək.