"Olimpiakos"un baş məşqçisi "Neftçi"nin heyətində kimləri bəyənib?
- 14 İyl 2021 16:00
- 721
"Olimpiakos"un baş məşqçisi Pedro Martinsin bugün Bakıda olacağı dəqiqləşib.
Rekord.az xəbər verir ki, portuqaliyalı mütəxəssis həmin gün "Neftçi" və "Dinamo" (Tbilisi) arasında Çempionlar Liqasının I təsnifat mərhələsinin cavab oyununu izləmək üçün Azərbaycan paytaxtına təşrif buyuracaq.
Bu cütün qalibi II raundda Pirey təmsilçisinin rəqibi olacaq.
Tbilisidəki ilk görüşdə "Neftçi" 2:1 hesablı qələbə qazanıb. Martins həmin görüşü də tribunadan canlı izləyib.
O, bakılıların heyətində 3 futbolçunu bəyənib. Çalışdırıcı komandasına rəqibin analiz edərək, Emin Mahmudov, Sabir Buqrin və Namiq Ələsgərovu digərlərindən fərqləndirib.
Martins “ağ-qaralar”ın ən təhlükəli oyunçularını özü üçün müəyyənləşdirməklə bərabər, Mamadu Kanenin üzərində dayanıb.
Portuqal mütəxəssis qvineyalı dayaq yarımmüdafiəçisini “Neftçi”nin ən sürpriz ismi olaraq qeyd edib.
O, afrikalı legionerin komandası üçün kifayət qədər faydalı iş görməsinə, bununla belə, toplu və topsuz epizodlarda kobudluğa əl atmasına diqqət çəkib.