“Olimpiakos”un futbolçusu avrokubokların tarixinə düşdü
- 30 May 2024 18:41
- 154
Yunanıstanın "Olimpiakos" klubunun futbolçusu El Kaabi Konfrans Liqasının finalında İtaliya təmsilçisi "Fiorentina"nın qapısına vurduğu qolla tarixə düşüb.
Rekord.az "Opta Sport"a istinadən xəbər verir ki, ötən gün keçirilən matçın 116-cı dəqiqəsində fərqlənən mərakeşli hücumçu 14 qolla cari avrokubok mövsümünün bombardiri olub.
30 yaşlı futbolçu qollardan 11-ni pley-off mərhələsində vurub ki, bu da rekord göstəricidir.
"Olimpiakos" avrokuboklarda çempion olan ilk Yunanıstan klubu kimi də tarixə düşüb.