Olimpiya çempionu millidən uzaqlaşdırıldı
- 04 Fev 2020 17:19
- 706
2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarının qadın güləşi üzrə isveçli bürünc mükafatçısı Yeni Franssonun dopinq-testi müsbət nəticə verib.
Rekord.az xəbər verir ki, 32 yaşlı idmançıdan metiltestosteron izləri tapılıb.
Fransson B probunun nəticələri elan olunanadək yığmadan kənarlaşdırılıb. Güləşçinin özü preparatı səhvən aldığını bildirib.
Yeni Fransson Dünya Güləş Birliyinin reytinqində 68 kq çəki dərəcəsində ikinci yeri tutur. O, "Tokio-2020" Yay Olimpiya Oyunlarında medala iddialıdır. Fransson 2012-ci ildə dünya, 2018-ci ildə Avropa çempionu olub.