Olimpiya çempionu növbəti aləmi yaxdı-yandırdı FOTOLAR
- 21 Mar 2021 14:00
- 827
Bədii gimnastika üzrə Olimpiya çempionu Karolina Sevastyanova növbəti paylaşımı ilə izləyicilərini heyrətləndirib.
Rekord.az xəbər verir ki, rusiyalı idmançı çimərlik geyimində çəkdirdiyi şəkli instaqram səhifəsində paylaşıb.
Bu isə onun pərəstişkarlarının diqqətini çəkib. Həmin şəklə müxtəlif rəylər gəlib ki, onlar arasında “necə də gözəlsiniz”, “kosmos”, “gözəl şahzadə” yazanlar var.
Sevastyanova həmçinin bir müddət öncə sosial şəbəkədə izləyiciləri ilə söhbətləşərkən “kasıb kişi ilə heç vaxt evlənmərəm” deyib.
25 yaşlı Karolina çoxnövçülük üzrə 2012-ci ildə Londonda Olimpiya çempionu olub, 2010-cu ildə Sinqapurda keçirilən Gənclərin Yay Olimpiya Oyunlarının qalibi olub.
O, həm də Rusiyanın Əməkdar İdman Ustası adını alıb.