Rusiyanın “Zenit” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Rekord.az xəbər verir ki, Sankt-Peterburq təmsilçisi Braziliyanın “Braqantino” klubundan Klaudinyonu transfer edib.

Bu barədə “Zenit”in mətbuat xidməti məlumat yayıb. 24 yaşlı hücumameyilli yarımmüdafiəçi ilə 5 illik müqavilə imzalanıb.

Klaudinyo Braziliya yığması ilə Tokio-2020 Yay Olimpiya Oyunlarının qalibi olub.