
Olimpiya çempionu üçün Bakı sınağı
- 15:20
- 47
Olimpiya çempionu Darya Varfolomeyev yenidən Bakıda çıxış edəcək.
Rekord.az xəbər verir ki, alman gimnast aprelin 18-20-də paytaxtımızda keçiriləcək Dünya kuboku mərhələsində yenidən iştirak edəcək.
O, ötən il Bakıda dörd qızıl və bir bürünc medal qazanıb. Paytaxtımıza onunla yanaşı, Almaniyadan daha iki gimnast - Marqarita Kolosov və Lada Puş, eləcə də qrup hərəkətləri komandası gələcək.
Varfolomeyev ötən mövsümün nəticələrinə əsasən, ölkəsində “İlin idmançısı” seçilib.