Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Türkiyədə təlim-məşq toplanışına start verib. "Rekord.az" xəbər verir ki, komandamız Bakı hazırlığından sonra çalışmaları İstanbulda davam etdirir.

Yığmamız bu gün qonşu ölkədə ilk yoxlama matçına çıxacaq. Rəqib “Fənərbaxça” klubudur. Bu, Vasif Talıbovun millimizin baş məşqçisi kimi ilk qarşılaşması olacaq.

Qeyd edək ki, Olimpiya lisenziyalı yarışa hazırlaşan millimiz son toplanışı Polşada keçəcək və oradan Avropa Olimpiya Təsnifat Turniri üçün Niderlanda yollanacaq.