Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) “Paris-2024” Yay Olimpiya Oyunlarına lisenziya qazanmış güləşçilər üçün maarifləndirici seminar təşkil edib.

Rekord.az xəbər verir ki, Qubada keçirilən seminarda “Paris-2024” Yay Olimpiya Oyunlarına aid antidopinq qaydaları barədə ətraflı məlumat verilib.

Bura antidopinq qayda pozuntuları, dopinq nəzarəti prosesi, bu prosesdə idmançıların hüquq və öhdəlikləri, dərman preparatlarının yoxlanılması, Terapevtik istifadə üçün istisna və digər mövzular daxildir.

“Paris-2024” Yay Olimpiya Oyunlarında ölkəmizi təmsil edəcək güləşçilər, digər yığma üzvləri, o cümlədən məşqçilər və həkimlər AMADA-nın yeni fəaliyyətə başlayan maarifləndirici platformaları barədə də məlumatlandırılıblar.