Olimpiyaçılarımız peyvəndləmə prosesinə cəlb olundu
- 11 İyn 2021 18:45
- 778
Azərbaycanı Tokio Yay Olimpiya Oyunlarında təmsil edəcək idmançıların və bütövlükdə Azərbaycanın Olimpiya oyunlarına qatılacaq heyət üzvlərinin COVİD-19 infeksiyasına qarşı peyvəndləmə prosesinə başlanıb.
Rekord.az xəbər verir ki, ilk peyvənd Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadəyə vurulub. Peyvəndləmə prosesinə koronavirus xəstəliyinə yoluxmayan bütün idmançılar, Olimpiya heyəti üzvləri cəlb olunub.
MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə proseslə bağlı bunları bildirib: "Vaksin vurulmasına əks göstərişi olmayan, Azərbaycanın Tokio Olimpiya Oyunları komandasının bütün üzvləri peyvəndləməyə cəlb olunacaq. Hazırda təlim-məşq toplantılarında olan Olimpiya komandası üzvləri də mərhələli şəkildə Olimpiya Oyunlarına qədər peyvənd olunacaqlar. İştirakçı ölkələrdə başlanan peyvəndlənmə prosesi Tokio Yay Olimpiya Oyunlarıının sağlamlıq üçün təhlükəsiz şəraitdə keçməsinə zəmin yaradacaq".