Oliver Kan rəsmən “Bavariya”da
- 08 Yan 2020 15:24
- 864
“Bavariya”nın sabiq qapıçısı Oliver Kan Münhen təmsilçisinə qayıdıb.
Rekord.az klubun saytına istinadən xəbər verir ki, keçmiş qapıçı klubda idarə heyətinin üzvü vəzifəsinə gətirilib.
50 yaşlı mütəxəssis, 2021-ci ilədək idarə heyətinin sədri Karl-Haynts Rummeniggeyə kömək edəcək. 2021-ci ilin sonunda isə Rummeniggenin müqaviləsi başa çatacaq. 2022-ci ilin yanvarından Kan idarə heyətinin sədri olacaq.
Kan, 1994-2008-ci illər aralığında “Bavariya”nın şərəfini qoruyub.