Bu gün Azərbaycanda Milli Mətbuat Günü qeyd olunur.

"Rekord.az" xəbər verir ki, bu münasibətlə ölkə başçısı İlham Əliyev bir sıra jurnalistləri fəxri adlarla təltif edib.

Təltif olunanlar arasında idman jurnalistləri də var. Belə ki, "Qol.az" saytının baş redaktoru Aydın Bağırov "Əməkdar jurnalist” adına, "Xəzər" TV-nin əməkdaşı, "Rekord.az" saytının təsisçisi Sənan Abdullayev və "Report" İnformasiya Agentliyinin idman şöbəsinin müdiri Elşən Məmmədov isə "Tərəqqi” medalına layiq görülüblər.

Biz də həmkarlarımızı təbrik edir, onlara daha böyük uğurlar arzulayırıq.