Ölkə birinciliklərində növbəti oyunlar baş tutub
- 14 Dek 2023 10:19
- 288
Voleybol üzrə Azərbaycan çempionatında növbəti oyunlar keçirilib. "Rekord.az" xəbər verir ki, qadınlar arasında üç, kişilərin mübarizəsində isə bir qarşılaşma baş tutub.
Günün ilk matçında “Gəncə” doğma meydanda “Milli Aviasiya Akademiyası” komandasını qəbul edib. Meydan sahiblərinin üstünlüyü ilə başlayan görüşdə qonaqlar ikinci setdə qalib gəlməklə ümumi hesabı bərabərləşdiriblər. Lakin “Gəncə” növbəti hissələri aktivinə yazdırmaqla meydandan 3:1 hesablı qələbə ilə ayrılıb.
Turun digər qarşılaşma GİN-in Voleybol Mərkəzində “Abşeron” və “Murov” klubları arasında olub. Gərgin mübarizədə keçən matçda “Abşeron” 3:1 hesabı ilə qələbə qazanıb.
Qadınların mübarizəsində növbəti görüş "UNEC"lə “AZERRAIL” arasında olub. "UNEC"in İdman zalında baş tutan bu oyunda “AZERRAIL” 3:0 hesabı ilə qalib gəlib.
Bu gün kişilərin çempionatında isə “Xarı Bülbül Şuşa” və “Xarı Bülbül Laçın” klubları qarşılaşıblar. GİN-in Voleybol Mərkəzində keçirilən bu matçda Şuşa komandası 3:1 hesablı qələbəyə sevinib.
Qeyd edək ki, qadınların turnir cədvəlində “Abşeron” və “AZERRAIL” klubları 15 xalla 1-ci və 2-ci yerlərdə qərarlaşıblar. Hərəyə 9 xal toplayan “Murov Az Terminal” və “Gəncə” 3-cü, 4-cü pillədə yer alır. “Milli Aviasiya Akademiyası” 3 xalla 5-ci, xalı olmayan “UNEC” isə sonuncu pillədədir.
Kişilərin turnir cədvəlində “Xarı Bülbül Şuşa” xallarının sayını 13-ə çatdıraraq liderliyi ələ keçirib. “AZERRAIL” 11 xalla 2-ci, “Murov Az Terminal” 10 xalla 3-cü, “Neftçi” və “Xarı Bülbül Laçın” 4 xalla 4-cü, 5-ci, xalı olmayan MOİK isə 6-cı yerdədir.
Yüksək Liqa (qadınlar)
“Gəncə” - “Milli Aviasiya Akademiyası” 3:1 (25:16, 22:25, 25:11, 25:10)
“Abşeron” - “Murov Az Terminal” 3:1 (25:20, 25:12, 22:25, 26:24)
"UNEC" - “AZERRAIL” 0:3 (12:25, 16:25, 17:25)
Yüksək Liqa (kişilər)
“Xarı Bülbül Şuşa” - “Xarı Bülbül Laçın” 3:1 (25:18, 19:25, 25:22, 25:22)