Ölkə birinciliyi və çempionatına yekun vurulub
- 20 Dek 2024 20:35
- 40
Fövqəladə Hallar Nazirliyinin (FHN) İdman Sağlamlıq Mərkəzində keçirilən ənənəvi karate üslubu üzrə ölkə birinciliyi və çempionatına yekun vurulub.
Rekord.az xəbər verir ki, Azərbaycan Karate Federasiyasının (AKF) təşkilatçılığı ilə keçirilən yarışlarda 35-dən çox klub və nümayəndəliklərdən 300 yaxın karateçi 48 dəst medal uğrunda öz qüvvəsini sınayıb.
Qaliblər Gənclər və İdman Nazirliyinin təsis etdiyi diplom və medallarla mükafatlandırılıblar.
Mükafatçıları diplom və medallarla təltif ediliblər. Mükafatları idmançılara AKF-in vitse-prezidentləri Füzuli Musayev, Rəhman Hətəmov, Allahverdi Rüsrənov, federasiyanın baş katibi Qabil Sayadov, Hüquq və İntizam Komitəsinin sədri Həmid Məmmədov və ənənəvi karate üslubunun rəhbəri Əhməd Əfəndi təqdim ediblər.
İlk üç yeri tutmuş idmançılar ənənəvi karate üslubu üzrə milli komandanın tərkibinə cəlb olunacaq. Onlar 2025-ci ildə keçiriləcək dünya və avropa çempionatlarında ölkəmizi təmsil edəcəklər.
Komanda hesabında medalların sayına görə, "Fudokan", "Qarabağ" Karate Klubu və FHN-nin İdman sağlamlıq Mərkəzinin təmsilçiləri müvafiq olaraq ilk üç yeri tutublar.