Qadın və kişi voleybolçuların Azərbaycan çempionatında bütün finalçılar bəlli olub.
"Rekord.az" xəbər verir ki, bu gün GİN-in Voleybol Mərkəzində keçirilən son yarimfinal çərçivəsində ilk olaraq kişilərdən ibarət “Neftçi” və “Murov Az Terminal” klubları üz-üzə gəliblər. “Murov Az Terminal” ilk oyunda olduğu kimi bu görüşdə də 3:0 hesabı ilə qələbə qazanıb və adını finala yazdırıb. 
Növbəti qarşılaşma isə qadınlardan ibarət “Murov Az Terminal” və “Abşeron” klubları arasında baş tutub. Gərgin keçən bu oyunda  “Murov Az Terminal” 3:1 hesabı ilə qələbə qazanıb. Cütün ilk qarşılaşmasında “Abşeron” 3:1 hesabı ilə qalib gəldiyindən ümumi hesab bərabərləşib və “Qızıl set”ə ehtiyac yaranıb. Həlledici hissədə “Avşeron”  15:11 hesabı ilə qələbə qazanaraq finala yüksəlib. “Murov Az Terminal”  isə bürünc medal uğrunda oyuna çıxacaq.
Beləliklə, kişilərin mübarizəsində üçüncü yer  uğrunda MOİK və “Neftçi” komandaları , finalda “AZERRAIL” və “Murov Az Terminal”, qadınların mübarizəsində isə bürünc medal uğrunda “Gəncə” və “Murov Az Terminal”, qızıl medal uğrunda “AZERRAIL” - “Abşeron” komandaları üz-üzə gələcəklər.

Azərbaycan çempionatı 
Yüksək Liqa
18 aprel
Yarımfinal (ikinci oyunlar)
Kişilər
Neftçi” - “Murov Az Terminal” 0:3 (21:25, 25:20, 19:25)
Qadınlar
“Murov Az Terminal” - “Abşeron” 3:1 (21:25, 25:20, 25:19, 25:20) 
Qızıl set (11:15)