Ölkə birinciliyində ilin ilk oyunu gözlənilən nəticə ilə yekunlaşdı
- 13 Yan 2023 21:34
- 406
Voleybol üzrə Azərbaycan çempionatında qadınların mübarizəsində ilin ilk oyunu baş tutub. "Rekord.az" xəbər verir ki, Yüksək Liqanın 2-ci turu çərçivəsində "Azərreyl" və "Abşeron" kollektivləri üz-üzə gəliblər.
Görüş gözlənildiyi kimi "Azərreyl"in üstünlüyü ilə keçib. 3 set davam edən matçda Eldar Yusubovun yetirmələri quru hesablı qələbəni bayram ediblər.
Bu gün keçirilməsi nəzərdə tutulan "Murov" - "UNEC" qarşılaşması isə təxirə salınıb. Buna səbəb universitet təmsilçisinin oyunçularının bir çoxunun qrip və yüksək hərarətdən əziyyət çəkməsidir.
Yüksək Liqa
13 yanvar
II tur
"Azərreyl" - "Abşeron" 3:0 (25:18, 25:18, 25:21)