Kişi voleybolçuların Yüksək Liqasında növbəti turun oyunları keçirilib. "Rekord.az" xəbər verir ki, VII turun üç qarşılaşması ayrı-ayrı məkanlarda baş tutub.
FHN-nin idman zalında “Xilasedici” klubu “Neftçi”lə qarşılaşıb. Oyun “Xilasedici” komandasının 3:0 hesablı qələbəsi ilə başa çatıb.
Növbəti oyun Sumqayıt OİK-də “Gənclər” və MOİK komandaları arasında olub. Görüşün qalibi taybrekdə müəyyənləşib. Gərgin keçən matçda MOİK 3:2 hesabı ilə qələbə qazanıb.
VII turun son qarşılaşması GİN-in voleybol Mərkəzində "AZERRAIL” və “Murov Az Terminal” komandları arasında olub. Bu oyun “Murov Az Terminal”ın 3:0 hesablı qələbəsi ilə başa çatıb.


Yüksək Liqa
VII tur
   “Xilasedici” - “Neftçi” 3:0 (25:16, 25:23, 25:12)
   “Gənclər” - MOİK 2:3 (25:22, 19:25, 25:20, 20:25, 9:15)
   “AZERRAIL” - “Murov Az Terminal” 0:3 (22:25, 20:25, 25:27)