Kişi voleybolçuların Yüksək Liqasında növbəti oyunlar keçirilib.  "Rekord az" xəbər verir ki, 17-ci turun bütün qarşılaşmaları eyni gündə baş tutub.

 Tur çərçivəsində Sumqayıt OİK-də “Gənclər” komandası “AZERRAIL”lə, FHN-nin idman zalında “Xilasedici” MOİK-lə, GİN-nin Voleybol Mərkəzində isə “Neftçi” klubu “Murov Az Terminal”la üz-üzə gəlib. 

“AZERRAIL” və “Xilasedici” komandaları 3:0, “Murov Az Terminal” klubu isə 3:1 hesabı ilə qələbə qazanıblar.


Yüksək Liqa (kişilər)

XVII tur 

“Xilasedici” - MOİK 3:0 (27:25, 25:15, 25:15)

“Gənclər” - “AZERRAIL” 0:3 (23:25, 14:25, 13:25)

“Neftçi” - “Murov Az Terminal” 1:3 (20:25, 27:29,  27:25, 16:25)