
Ölkə birinciliyində növbəti qaliblər müəyyənləşdi
- 20:15
- 32
Sərbəst və yunan-Roma güləşi üzrə U-15 ölkə birinciliyi davam edir.
Rekord.az xəbər verir ki, Gəncə İdman Sarayında keçirilən yarışın ikinci günündə sərbəst güləş üzrə 41, 48, 57, 68 və 85 kq-da medalçılar müəyyənləşib.
Bununla da birincilikdə sərbəst güləş üzrə mübarizəyə yekun vurulub.
41 kq
1. Hüseyn Rzazadə (Cəlilabad)
2. Əbülfəz Muxtarov (Qax, ROİL)
3. Həzrət Müzəffərov (Gəncə, Təhsil-1), Tunar Sazmani (Siyəzən)
48 kq
1. Tunar Sultanzadə (Şəmkir)
2. Ruslan Mirzəyev (Cəlilabad)
3. Tamerlan Namazlı (UGİM-2), Əkbər Əsgərov (Abşeron)
57 kq
1. Muraz Hüseynov (Gəncə, Təhsil-1)
2. Murad Nəcəfov (Astara)
3. Elcan Həsənov (Gimnaziya), Hüseyn Mustafazadə (İmişli)
68 kq
1. Xəyal Şükürlü (Cəlilabad)
2. Həsən Cabbarov (Cəlilabad, Gimnaziya)
3. İslam Rəcəbli (Abşeron, “Zenit”), İsmayıl İbrahimli (Xocavənd)
85 kq
1. Elgün Kərimov (Lənkəran)
2. Tural Eynullayev (Masallı)
3. Nəcməddin Məmmədli (Balakən), İbrahim Ağakişiyev (Zenit)
Sabah yunan-Roma güləşi üzrə yarışa start veriləcək.