Ölkə birinciliyində növbəti turun oyunları keçirilib
- 05 Mar 2024 22:14
- 246
Qadın voleybolçular arasında Azərbaycan çempionatında növbəti oyunlar keçirilib. Bu gün 16-cı tur çərçivəsində Bakıda iki və Gəncədə bir qarşılaşma baş tutub.
Tura “Gəncə” - “Milli Aviasiya Akademiyası” matçı ilə start verilib. Bu oyun meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Növbəti görüş GİN-in Voleybol Mərkəzində “Abşeron” və “Murov Az Terminal” kollektivləri arasında olub. İlk setdən təşəbbüsə yiyələnən “Murov Az Terminal” derbidə 3:0 hesabı ilə qələbə qazanıb.
UNEC-in idman zalında baş tutan günün son oyununda UNEC və “AZERRAIL” klubları üz-üzə gəliblər. Bu qarşılaşmada “AZERRAIL” 3:0 hesabı ilə qalib gəlib.
Beləliklə, qadınların turnir cədvəlinə “AZERRAIL” 39 xalla (13 qələbə) liderlik edir. “Murov Az Terminal” 35 xalla (12 qələbə) 2-ci, “Abşeron” 33 xalla (11 qələbə) 3-cü, “Gəncə” 24 xalla (8 qələbə) 4-cü, “Milli Aviasiya Akademiyası” 13 xalla (4 qələbə) 5-ci, qələbəsi və xalı olmayan UNEC isə sonuncu pillədədir.