Ölkə birinciliyinin açılış mərasimi keçirilib
- 14 Dek 2019 18:26
- 1156
Voleybol üzrə ölkə birinciliyinin başlayıb. "Rekord.az" xəbər verir ki, qadınların arasında Super Liqası və kişilər arasında Yüksək Liqanın təntənəli açılış mərasimi olub.
Voleybolçuların paradından sonra Azərbaycan Voleybol Federasiyasının prezidenti Cavid Qurbanov dövlətin ölkə idmanına, o cümlədən voleybola göstərdiyi diqqət və qayğıdan danışıb.
Federasiya rəhbəri bunun bariz nümunəsi kimi, Azərbaycan idmanın yüksələn xəttlə inkişaf etdiyini deyib. O, ölkə çempionatında yeni klubların oynamasına toxunub. Qeyd edib ki, komandaların sayının çox olması gənc nəsilin yetişməsində də mühüm rol oynayır.
Cavid Qurbanov ardınca valideynlərə də səslənərək, övladlarını idmana, o cümlədən voleybola yönəltməyə çağırıb. Milli komandalarımızın uğurlarından da söhbət açan federasiya rəhbəri qarşıdakı yeniliklərə də toxunub. O bildirib ki, qarşıdakı matçlarda bilet satışı nəzərdə tutulub ki, onlar da uduşlu olacaq. Azarkeşlər ilkin oyunlarda mobil telefon, finalda isə avtomobil qazanmaq şansı əldə edəcəklər.
O, yeni mövsümün başlaması ilə bağlı azarkeşləri təbrik edib.
Sonra Azərbaycan himni səsləndirilib və ölkə birinciliyi açıq elan edilib.